Dünya çempionatları tarixində yeni rekord müəyyənləşib.
AzerTimes xəbər verir ki, Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində vurulan ümumi qol sayı ən yüksək göstərici olub.
Baş tutan 8 oyunda qapılara ümumilikdə 28 top vurulub. 1/8 finalın ilk dəfə təşkil olunduğu DÇ-1986-dan bəri heç vaxt bu mərhələdə 28 qol qeydə alınmayıb. Raundun ən məhsuldar matçı 7 topun vurulduğu Portuqaliya – İsveçrə (6:1) görüşü olub. Oyunsonrası penaltidən vurulan qollar siyahıya daxil edilməyib.
Qeyd edək ki, DÇ-2022-nin 1/4 final mərhələsinə dekabrın 9-da start veriləcək.