DÇ-2022: Norveç və Türkiyə heç-heçə, Almaniya Rumıniyanı məğıub edib

2022-ci ilin Dünya çempionatına seçmə turnirin matçında Almaniya millisi Rumıniya komandası ilə qarşılaşıb.

AzerTimes-ın məlumatına görə, Hamburqda keçirilən görüşda almanlar 2:1 hesabı ilə qalib gəliblər.

Qolları qaliblər tərəfdən Serj Qanbri (52-ci dəqiqə) və Tomas Müller (81), digər tərəfdən isə Yanis Hadji (9) vurublar.

J qrupunun digər oyunlarında Şimali Makedoniya və Lixtenşteyn (4:0), Ermənistan və İslandiya (1:1) komandaları qarşılaşıblar. Turnir cədvəlində Almaniya komandası (18 xal) birinci yerdədir, daha sonra isə Şimali Makedoniya (12), Ermənistan (12), Rumıniya (10), İslandiya (5) və Lixtenşteyn (0) komandaları gəlirlər.

G qrupunda Türkiyə millisi “Şükrü Saracoğlu” stadionunda Norveç komandası ilə görüşüb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda hər iki qol ilk hissədə vurulub. Meydan sahiblərindən Kerem Aktürkoğlu, qonaqlardan isə Kristian Torstvedt fərqlənib.


Qrupun digər oyunlarında Niderland millisi Latviya yığmasına (1:0), Monteneqro – Cəbəllütariqə (3:0) qalib gəliblər. Turnir cədvəlində birinci yeri Hollandiya millisi (16 xal), ardınca Norveç (14), Türkiyə (12), Monteneqro (11), Latviya (5) və Cəbəllütariq (0) komandaları tutur.

E qrupunun matçlarında Çexiya və Uels komandaları arasındakı oyun heç-heçə başa çatıb (2:2), Estoniya komandası belarusları məğlub edib (2:0). Sıralamada birinci yerdə Belçika (16 xal), daha sonra isə Çexiya (8), Uels (8), Estoniya (4) və Belarus (3) komandaları qərarlaşıblar.

Qrup qalibləri final hissəsi 2022-ci il, noyabrın 2-dən dekabrın 18-dək Qətərdə keçiriləcək Dünya çempionatına seçiləcəklər.

Teqlər: