FIFA Qətərdə keçiriləcək dünya çempionatının rəsmi posterini təqdim edib.
AzerTimes xəbər verir ki, əsərin müəllifi yerli xanım rəssam Buteyne əl Muftahdır.
Əsas posterdə havaya atılan baş örtükləri təsvir olunub. Bunlar təkcə Qətərin deyil, bütün ərəb dünyasının bayramını simvolizə edir.
Əlavə 7 poster isə ailəni birləşdirən oyun kimi ərəb dünyasının futbola ehtirasını ehtiva edir.
Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda 32 ölkənin iştirakı ilə təşkil olunacaq.