Qətərdəki dünya çempionatının ən yaxşı qolu müəyyənləşib.
AzerTimes xəbər verir ki, bu ada Braziliya millisinin hücumçusu Rişarlisonun qrup mərhələsinin ilk turunda Serbiya yığmasına vurduğu ikinci qol layiq görülüb.
25 yaşlı forvard 73-cü dəqiqədə qayçı zərbəsi ilə topu rəqibin qapısından keçirib.
Qeyd edək ki, Rişarlison səsvermədə həmyerlisi Neymarı, Səudiyyə Ərəbistanı millisindən Salem Əl-Davsarini, Niderlanddan Kodi Qakponu, Argentinadan Entso Fernandesi, Kamerundan Vensan Abubakarı, Meksikadan Luis Çavesi, Fransadan Kilian Mbappeni və Cənubi Koreyadan Pek Sın Xonu geridə qoyub.