Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.
AzerTimes xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.
Bununla da mundialda ilk finalçı bəlli olacaq.
DÇ-2022
Yarımfinal
13 dekabr
23:00. Argentina – Xorvatiya
Baş hakim: Daniele Orsato (İtaliya)
“Lusail” stadionu
Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.