DÇ-2022: İlk bərabərlik qeydə alındı

DÇ-2022: İlk bərabərlik qeydə alındı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tur başa çatıb.

AzerTimes xəbər verir ki, qrupun ikinci matçında ABŞ və Uels seçmələri qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, ilk turdan sonra qrupa 3 xalı olan İngiltərə millisi başçılıq edir. ABŞ və Uelsin 1 xalı var, İranın isə xalı yoxdur.

Teqlər: