DÇ-2022: Final oyununun hakimləri bəlli oldu

DÇ-2022: Final oyununun hakimləri bəlli oldu

Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.

AzerTimes xəbər verir ki, qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.

Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.

Teqlər: