Qətərdə keçirilən Dünya Çempionatı bu gün final oyunu ilə başa çatır.
AzerTimes xəbər verir ki, final görüşündə görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.
“Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma bu gün saat 19:00-da başlayacaq.
Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. Fransızlar 1998 və 2018-ci illərdə bu titula sahib çıxıblar.
Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. 1978 və 1986-cı illərdə mundialın qalibi olan Cənubi Amerika təmsilçisi 36 illik həsrətə son qoymaq niyyətindədir.