DÇ-2022: Azərbaycan yığması seçmə mərhələdə növbəti oyununu keçirib

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası Serbiya yığmasının qonağı olub.

AzerTimes-ın məlumatına görə, oyun meydan sahibi komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Serbiyanın heyətində qolların ikisini D.Vlahoviç (30-cu dəqiq, penalti və 53-cü dəqiqə), birini isə D.Tadiç (83-cü dəqiqə) vurublar. Yığmamızın yeganə qolunu 45+2-ci dəqiqədə Emin Mahmudov vurub.


Qeyd edək ki, seçmə mərhələsi çərçivəsində 7 oyundan sonra Azərbaycan yığması 1 xalla sonuncu pillədə qərarlaşıb. Qrupa 17 xalla Serbiya milli komandası liderlik edir.

Teqlər: