DÇ-2022: Argentina Boliviyanı darmadağın edib

Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Argentina və Boliviya millilərinin oyunu baş tutub.

AzerTimes-ın məlumatına görə, oyun Argentinanın 3:0 qələbəsi ilə yekunlaşıb. Oyundakı bütün qolları Lionel Messi vurub.

Qeyd edək ki, Argentina yığması 8 oyundan sonra 18 xalla ikinci pillədə qərarlaşıb. Qrupda 24 xalı olan Braziliya millisi liderlik edir.

Teqlər: