Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
AzerTimes xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gələcək.
Günün son qarşılaşmasında isə Braziliya seçməsi Cənubi Koreya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2022
1/8 final mərhələsi
5 dekabr
19:00. Yaponiya – Xorvatiya
Baş hakim: İsmail Elfat (Braziliya)
“Əl Cənub” stadionu
23:00. Braziliya – Cənubi Koreya
Baş hakim: Kleman Türpen (Fransa)
“974” stadionu
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.