Dünya Bankının (DB) Direktorlar Şurası Ukrayna hakimiyyətinə 723
milyon dollarlıq maliyyə dəstəyi paketi təqdim etmək qərarına
gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə maliyyə qurumunun
açıqlamasında deyilib.
Bu məbləğə Hollandiya və İsveç tərəfindən verilən kreditlər,
qrantlar və kredit zəmanətləri daxildir. DB nümayəndələri hesab
edirlər ki, bu vəsaitin ayrılması “hakimiyyət orqanlarına
ukraynalılara həyati əhəmiyyətli xidmətlər göstərməyə, o cümlədən
xəstəxana işçilərinə əmək haqqı, pensiyaların ödənilməsinə və
həssas qrupun daxil olan vətəndaşların maraqlarına uyğun
proqramların aparılmasına kömək edəcək”.