Dünya Bankı logistika indeksi üzrə ölkələrin reytinqini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Azərbaycanın yer almadığı siyahıda Ermənistan 139 ölkə arasında 17 ölkə ilə birlikdə 97-ci yeri tutub. İrəvan 2018-ci il indeksi ilə müqayisədə 5 bənd geriləyib. Əsasən beynəlxalq daşımaların rahatlığının qiymətləndirilməsi ilə əlaqədar olaraq Ermənistanın ümumi reytinqi 2,61-dən 2,5-ə düşüb.
Rusiyanın reytinqi ötən ildən başlayaq daşımaların kəskin azalması ilə əlaqədar olaraq xeyli azalıb. Ölkə 75-ci yerdən 88-ə düşüb.
Qonşu Gürcüstan isə 119-cu yerdən 79-cu yerə qalxıb.