“Day.az” informasiya portalının 18 yaşı tamam olur

Bu gün “Day.az” informasiya portalının yaradılmasından 18 il ötür.

Day.az” Azərbaycanın internet məkanında həm daxilolma sayına, həm də oxuculara təqdim edilən imkanlara görə liderlərdən biri olmaqda davam edir. Son illər ərzində “Day.az” dünyada ən son tendensiyalara uyğun olaraq texnoloji baxımdan yenilənib. Saytın bazasında Azərbaycanda bu günədək yeganə olan çoxfunksiyalı portal yaradılıb.

Day.az” özünün @day.az poçt xidmətini, “DayTube” videohostinqini, “jobs.day.az” iş axtarış xidmətini, Azərbaycanın bütün bölgələri üzrə ətraflı hava proqnozunu təqdim edən “weather.day.az” platformasını, Heydər Əliyev Beynəlxalq hava limanında aviareyslərin onlayn cədvəlini (avia.day.az), ölkənin bütün banklarında valyuta məzənnələri xidmətini (azn.day.az) və bir çox digər xidmətləri əhatə edir.

Qeyd etmək lazımdır ki, “DayTube” istifadəçilərə təkcə maraqlı videoçarxlara baxmaq, yükləmək və paylşamaq imkanını deyil, həm də geniş Azərbaycan kinosu kolleksiyasını təqdim edir. Bununla yanaşı, “DayTube” Ukraynanın “Megogo” platforması ilə əməkdaşlıqda istifadəçilərə ən yeni xarici filmlərə onlayn baxmaq imkanı verir.


Bütün bu yeniliklər “Day.az”a Azərbaycanın ən çox ziyarət edilən saytlarından biri kimi qalmağa imkan verir.

Day.az”ın sosial şəbəkələrdə populyarlığı sürətlə artır. Qeyd etmək kifayətdir ki, “Day.az“ın “Facebook” səhifəsinə 211 mindən çox real istifadəçi, “DayTube” portalına isə 652 mindən çox unikal istifadəçi abunə olub. Portal həm də “Twitter” və “Telegram”da auditoriyalarını genişləndirir.

Trend Beynəlxalq İnformasiya Agentliyinin kollektivi bu əlamətdar günlə əlaqədar öz həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları və rifah arzulayır.

Teqlər: