Daxili Qoşunların hərbi qulluqçusunun döyülməsi ilə bağlı araşdırmalara başlandı

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi
hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks
etdirən videogörüntülərlə bağlı araşdırmalara başlanıb.

Bu barədə AzerTimes-a Respublika Hərbi Prokurorluğunun mətbuat
xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

O bildirib ki, faktla bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma
aparılır. “Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri
tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi
təmin ediləcəkdir” ,- deyə F.Əliyev bildirib.

Teqlər: