Daxili İşlər Nazirliyinin qarşısında vətəndaş özünü yandırmaq istəyib, bir nəfər yaralanıb

Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında
orta yaşlı şəxs özünü yandırıb.

Həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Polis
əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis
əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, həmin
şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar:

“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli
idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti
olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş
hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar
deyil”.

Teqlər: