Daxili İşlər Nazirliyi Şirvanda baş verən qətlə münasibət
bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov
AzerTimes-ın sorğusuna cavab olaraq deyib ki, bu gün saat 18
radələrində Şirvanda şəhər sakini, əvvəllər üç dəfə məhkum olunmuş
Elnur Abıyev qoşalülə ov silahından atəş açaraq, ailə münaqişəsi
zəminində həyat yoldaşı Xəyalə Abıyevaya ağır bədən xəsarəti
yetirib:
“Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq,
o, xəstəxanada vəfat edib. Cinayəti törədən Elnur Abıyev isə
istifadə etdiyi odlu silahı götürərək, hadisə yerindən qaçıb.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi
əməliyyat nəticəsində onun gizləndiyi yer (atasının evində
gizlənib) müəyyən edilib.
E.Abıyevə silahı təhvil verib təslim olmaq barədə bir neçə dəfə
xəbərdarlıq edilib. Lakin o, bu tələbdən qətiyyətlə imtina edərək,
polis əməkdaşları istiqamətində bir dəfə atəş açıb.
Belə olan halda polis əməkdaşları xidməti silah tətbiq etmək
məcburiyyətində qalıb və onun diz nahiyələrindən vuraraq
zərərsizləşdiriblər.
Silah götürülüb və o, təcili xəstəxanaya aparılıb. Hazırda o,
polis nəzarəti altında şəhər xəstəxanasında müalicə alır”.
Faktla bağlı cinayət işi başlanılıb.