Daxili İşlər Nazirliyi Qarabağ Dirçəliş Fonduna ianə edib

İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması
tədbirlərinə dəstək göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi
tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 000 AZN (iki yüz min)
məbləğində ianə edilib.

Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün Daxili İşlər
Nazirliyinə təşəkkür edir və hər kəsi işğaldan azad olunan
ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən
qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik
regiona çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa dəvət
edir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı
qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu.
Azərbaycan dövlətinin tarixində əbədi qalacaq bu Qələbə ölkəmizdə
həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı.
Həmvətənlərimizin etdiyi ianələr işğaldan azad edilən ərazilərin
bərpası və yenidən qurulması, eyni zamanda Ermənistanın təcavüzü
nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı
məcburi köçkünün öz doğma yurdlarına qayıtması prosesini
sürətləndirməyə imkan yaradacaq.

Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən minlərlə
həmvətənimiz, yüzlərlə şirkət Qarabağın dirçəlişi kimi mühüm bir
dəyər ətrafında birləşmək, bu istiqamətdə görülən işlərə dəstək
olmaq məqsədilə birlik nümayiş etdirərək könüllülük prinsipi
əsasında QDF-ə ianə edib.

Siz də ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə
bilərsiniz.

Qarabağı BİRLİKDƏ daha GÖZƏL bərpa edəcəyik!

Teqlər: