Davos Forumunda Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı müzakirə edilib

Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycanda
bərpaolunan enerji mənbələrinin yüksək potensialı müzakirə
edilib.

AzerTimes-ın məlumatına görə,
bunu forumda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

“Davos Dünya İqtisadi Forumu çərçivəsində “Neft və qaz”
mövzusunda birgə işçi şam yeməyində regional proseslərin enerji
bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə
keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunan enerji mənbələrinin
yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq
həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi
imkanları barədə danışdıq”, – nazir qeyd edib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun illik toplantısı mayın
22-dən 26-a qədər İsveçrənin Davos şəhərində keçirilir.

Teqlər: