David Norkuist Pentaqon rəhbəri vəzifəsini icra etməyə başlayır

ABŞ müdafiə nazirinin birinci müavini Devid Norkuist bu gündən müvəqqəti olaraq Demokrat Cozef Baydenin administrasiyasında Pentaqon rəhbəri vəzifəsini icra edəcək.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə brifinqdə səlahiyyətlərin yeni administrasiyaya ötürülməsindən məsul olan ABŞ Müdafiə nazirliyinin əməkdaşı Tomas Muir bildirib.

O əlavə edib ki, müvəqqəti olaraq Con Uitli Ordu (quru qoşunlar), Tomas Harker Hərbi-dəniz qüvvələri, Con Rit isə Hərbi-hava qüvvələri naziri vəzifələrini icra edəcəklər.

Teqlər: