09:37
Gəncə şəhərində mübahisə edən qonşuları ayırmağa çalışan kişini avtomobillə vurub öldürüblər.
AzerTimes Report-a istinadən xəbər verir ki, Gəncə şəhərində qonşular arasında mübahisə düşüb. Bu zaman onları ayırmağa çalışan, 1952-ci il təvəllüdlü Alim Müslüm oğlu Babayevi mübahisə edən qonşulardan biri VAZ markalı avtomobillə vurub.
O, ağır xəsarətlərə xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.
Qeyd edək ki, qonşular arasında düşən mübahisədə 1957-ci il təvəllüdlü S.Bağırova da müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Mübahisənin səbəbləri və hadisəni törətməkdə şübhəli bilinənin şəxsiyyəti hələ ki məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
Gəncədə 70 yaşlı kişini avtomobilə vuraraq öldürməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Orxan Nağıyevdir.
O, VAZ markalı avtomobillə 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub.
A.Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
O.Nağıyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.