Xəbər - Orxan Nəbiyev – Trend:
Belçikada iyulun 14-16-da qeydə alınmış daşqınlar ölkə iqtisadiyyatına 10 milyard avro ziyan vurub.
AzerTimes-ın məlumatına görə, bu barədə Belçikanın cənubi Valloniya regionunun hökuməti bildirib.
Bu daşqınlar Belçika ərazisində son 100 il ərzində ən ağır təbii fəlakət olub. Bir neçə gün əvvəl Valloniya hökuməti 2 milyard avro məbləğində yardım paketinin ayrılması barədə qərar qəbul etmişdi.
Qeyd edək ki, daşqınlar nəticəsində Belçikada 32 nəfər həlak olub, 18 nəfər itkin düşmüş hesab olunur.
Eyni zamanda, Almaniyada 170-dən çox şəxs daşqınların qurbanı olub.