Daşlı adada vulkanın püskürməsi 8 dəqiqə davam edib – Qurban Yetirmişli

Xəbər - Çingiz Səfərli – Trend:

Daşlı adada vulkan püskürməsinin davamlılığı 8 dəqiqə olub, alov 20-25 saniyə müşahidə edilib.

AzerTimes-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vulkan axşam saat 21:51-də püskürüb:


“Vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub. Seysmik stansiyalarla palçıq vulkanının partlayışı, ayrılan qazın miqdarı və s. parametrlər qeydə alınıb. Adanın özü bu palçıq vulkanının püskürməsindən əmələ gəlib. Axırıncı dəfə 1945-ci ildə burada vulkan püskürüb”.

Teqlər: