Daşkəsən rayonu ərazisində təhlükəsizlik kəmərindən və işıq cihazlarından düzgün istifadə etməyən sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Daşkəsən rayon polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsin əməkdaşları tərəfindən reyd zamanı 10-dan çox sürücü barədə inzibati protokol tərtib edilib.