Daşkəsəndə torpaq uçqunu baş verib.
AzerTimes xəbər verir ki, hadisə rayonun Mollahəsənli kəndində qeydə alınıb. Nəticədə Mollahəsənli, Dəstəfur, Dardərə, Əhmədli, Şahvələdli kəndlərinə gedən yol bağlanıb.
Yolun açılması istiqamətində iş aparılır.
Əraziyə texnika və canlı qüvvə cəlb edilib.
Qeyd edək ki, sözügedən kəndlər Daşkəsənin ən ucqar kəndləridir. Əsas məqsəd bu kəndlərin rayon mərkəzi ilə əlaqəsini təmin etməkdir.