Daşkəsən rayonunda qarın ağırlığından irigövdəli ağacın budağı qırılaraq elektrik xəttinin üzərinə düşüb, şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub.
Hazırda yaranmış problemin aradan qaldırılması üçün müvafiq işlər görülür.
Rayon ərazisində yağıntılı hava şəraiti davam edir.