Xəbər - Samir Əli – Trend:
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çovdar kənd sakini Nəsib Musayevdən “Escort” markalı, tək lüləli 12 kalibirli, həmkəndlisi və qohumu Əfqan Musayevdən “İJ” markalı tək lüləli, 12 kalibirli və digər həmkəndlisi və qohumundan “İJ” markalı tək lüləli, 16 kalibirli müvafiq sənədləri olmayan tüfəng aşkar edərək götürüb.
Həmin şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ( Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) ilə prtokol tərtib edilərək Daşkəsən rayon Məhkəməsinə göndərilib.