Daşkəsəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend FHN-ə istinadtən xəbər verirki, Daşkəsən rayonunun Çovdar kəndində “Mack” markalı yük avtomobilinin yol kənarına aşması və içərisində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Mürsəlov Manaf Əbülhəsən oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.