Daşkəsən rayonunun Bayan kəndində şirkətlərdən birinə məxsus mikroavtobus aşıb, xəsarət alanlar var.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, “Mersedes” markalı mikroavtobus minik avtomobilinlə toqquşduqdan sonra idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, mikroavtobus rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.