Daşkəsəndə bıçaqlanma oldu

Daşkəsəndə bıçaqlanma oldu

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon sakini, 1991-ci il təvəllüdlü İsmayılov Əkbər Kazım oğlu döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunun Ə.İsmayilovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Ə.İsmayilov döş qəfəsinə təsadüfən qayçının batdığını desə də, həkimlər onun bıçaqlanaraq xəsarət aldığını ehtimal edirlər.