Dövlət Turizm Agentliyi “Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nı təqdimatını keçirib.
AzerTimes xəbər verir ki, təqdimat işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında olub.
Agentliyin nümayəndəsi Daşaltı turizm sektorunun inkişaf göstəriciləri üzrə proqnozlar və investisiya mühitinin əlverişliliyinin artırılması, tələb olunan maliyyə mexanizmləri barədə ətraflı məlumatlar verib, qeyd edib ki, qurum bu ilin may ayında Kəlbəcər rayonunun İstisu qəsəbəsinin turizm əsaslı uzunmüddətli və davamlı inkişafı istiqamətində ərazilərə baxış keçirib, hədəflər, istiqamətlər müəyyən edib və Kəlbəcər rayonunun çoxşaxəli turizm potensiallı olduğunu nəzərə alaraq, hazırda ərazidə turizm resurslardan səmərəli istifadə, strateji hədəflər, turizm növləri, turizm və rekreasiya zonalarının inkişafı istiqamətlərini özündə əks etdirəcək “Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlayır.