Daş karxanasında dəhşətli ölüm, mişar kombanyorun başını kəsdi

Xəbər - Samir Əli – Trend:

Martın 27-də saat 05 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında mişar daşı idarə edən – kombanyor, 1964-cü il təvəllüdlü Balafər Əmirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində o, hadisə yerində ölmüşdür.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Teqlər: