Danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti İstanbuldadır

Türkiyədə keçiriləcək Rusiya-Ukrayna danışıqlarının növbəti
mərhələsində iştirak edəcək Rusiya nümayəndə heyəti İstanbulda eniş
edib.

Trend bu barədə
Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, Ukrayna nümayəndə heyətinin yaxın saatlarda
çatacağı gözlənilir.

Ölkələr arasında danışıqların növbəti mərhələsi sabah səhər
saatlarında İstanbulda başlayacaq.