Danimarkada yerli istehsal xərclərinin artması və qaz böhranı onlarla şirkətin bağlanmasına səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bu sözləri Danimarka Sənaye Konfederasiyasının rəsmisi Troels Ranis deyib.
“Çox ciddi vəziyyətdə olduğumuza şübhə yoxdur. Həmçinin qaz təchizatı böhranı da yaşaya bilərik. Bu isə sığortasız şirkətlərin tamamilə bağlanma riskini artırır”, – Ranis bildirib.