Danimarkada koronavirusun omikron ştammının yeni alt
variantlarında yoluxma halları qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Danimarkanın Dövlət Serum İnstitutu
bildirib.
Qeyd olunur ki, söhbət koronavirusun BA.4, BA.5 və BA.2.12.1 alt
variantlarından gedir. İlk iki variantın CAR və ABŞ-da geniş
yayıldığı deyilir.
Ötən həftə Danimarkada qeydə alınan yoluxmaların təxminən 99
faizinin BA.2 variantına yoluxma olduğu bildirilib.