Danimarkada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyana qarşı bu ölkədə yaşayan ermənilər etiraz piketi keçirib.
AzerTimes xəbər verir ki, erməni mediası Paşinyanın etirazla qarşılandığını yazıb və video paylaşıb.
Bildirilib ki, Danimarkadakı erməni icmasının üzvləri “Rüsvayçılıq” şüarı səsləndiriblər.
Qeyd edək ki, Paşinyana etiraz edən piket iştirakçıları 6 nəfərdən ibarət olub.