Danimarka Xarici İşlər Nazirliyi Kopenhagendə Quranın yandırılmasını pisləyib.
AzerTimes xəbər verir ki, bu barədə XİN-in açıqlamasında bildirilib.
“Müqəddəs kitabların və digər dini rəmzlərin yandırılması başqalarının dininə hörmətsizlik və utancverici bir hərəkətdir. Bu, müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat hesab olunur”, – XİN-dən verilən açıqlamada qeyd olunub.