Danimarka hökuməti Ukraynaya 2023-cü ildə dəstək üçün yeni proqram irəli sürüb. Proqramda Ukraynanın bərpası üçün 1 milyard avronun ayrılması nəzərdə tutulur.
AzerTimes xəbər verir ki, bu barədə Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen Odessada çıxışında deyib.
“Proqramın əsas məqsədi Ukraynanın bərpasıdır. Bu proqramda Nikolayev şəhərinin rekonstruksiyası əsas yeri tutacaq”, – deyə nazir bildirib.