Danimarkanın Gürcüstan və Ermənistandakı səfiri Anne Toft Sorensen Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Sorensenin Danimarka KİV-lərinin birində Gürcüstanda baş verən son hadisələrlə bağlı məqaləsi dərc olunub. Diplomat keçmiş baş nazir və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilini “1990-cı illərdə Rusiyada var-dövlət qazanan oliqarx” adlandırıb.
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası səfirin açıqlamasını məsuliyyətsizlik adlandırıb.