Danimarka AB-nin yeni planlarına əsasən, öz sularından keçən Rusiya neft tankerlərini təftiş edəcək və ola bilsin ki, əngəlləyəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Brüsseldəki danışıqlarla tanış olan üç nəfərə istinadən məlumat yayıb.
“Danimarkaya onun sularından keçən Rusiya neft tankerlərini yoxlamaq və ehtimal ki, onların qarşısını almaq tapşırılacaq”, – mənbə bildirib.
Qeyd olunur ki, Danimarka hakimiyyət orqanları Qərb sığortası olmadan Danimarka boğazlarından tranzit keçən tankerləri hədəf alacaq:
“Ölkənin atacağı addımlar ətraf mühit üçün təhlükə yaradan gəmiləri yoxlamağa icazə verən qanunlara uyğun olaraq həyata keçiriləcək”.