Danimarka Quranın yandırılmasını qadağan edə bilər

Danimarka Quranın yandırılmasını qadağan edə bilər

Danimarka hakimiyyəti müəyyən dinləri və ya digər dövlətlərdən olan dindarların təhqir edilməsinə səbəb ola biləcək ictimai tədbirlərin keçirilməsinə məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirməyə hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, dəyişikliklər krallığın ifadə azadlığını qoruyan konstitusiyasına zidd olmamalıdır:

“Danimarka hökuməti, məsələn, digər ölkələrin, mədəniyyətlərin, dinlərin təhqir olunduğu və bunun Danimarka üçün ən azı təhlükəsizlik baxımından ciddi mənfi nəticələrə səbəb ola biləcəyi xüsusi vəziyyətlərə müdaxilə imkanlarını araşdıracaq”-, məlumatda deyilir.

Qeyd edək ki, digər ölkələrdə rezonans doğuran sonuncu aksiya iyulun 24-də yerli polisin icazəsi ilə Kopenhagendə Quranın yandırılması olub.

Teqlər: