Danimarka F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı məlumatı təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
“Qırıcılar Ukrayna tərəfindən çoxdan tələb olunur və digər məsələlərlə yanaşı, bu, Ukraynaya öz hava məkanını Rusiyanın qeyri-qanuni təcavüzündən qorumaqda kömək etməlidir”, – nazirlik bildirib.
Bildirilib ki, Danimarka digər ölkələrin də koalisiyaya qoşulması üçün çalışacaq və Ukraynanın azadlıq mübarizəsinə töhfə verəcək.
Qeyd edək ki, Niderland da Ukraynaya 42 ədəd F-16 verəcək.