Danimarka “Leopard 1A5” tankının ilk partiyasından 10 ədədini Ukraynaya çatdırıb.
AzerTimes xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
“10 ədəd “Leopard 1” tankı artıq Ukrayna ərazisindədir. İndi onlar ukraynalıların yeni başladığı hücumda iştirak edə bilər. Yazdan bəri davam edən işlər dayanmır. Təlim Almaniyada keçirilir, burada danimarkalı tank təlimatçıları, alman hərbçiləri ilə birlikdə ekipajları hazırlayır və tankları Ukraynaya köçürür”, – məlumatda deyilib.