Bu həftə Ukraynanın məhv etdiyi Rusiya təyyarələrində düşmən (Rusiya – red.) generallarından birinin uçduğuna dair ilkin sübutlar var.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.
Qurum rəsmisi müvafiq məlumatların 100 faiz etibarlı olmadığını vurğulayıb.
“Təyyarədə Rusiya generallarından birinin olması barədə ilkin məlumatlar var, lakin bunun dəqiqləşdirilməsi tələb olunur”, – o bildirib.
Qeyd edək ki, iki gün öncə Azov dənizi üzərində Ukrayna SQ-nin Rusiyaya məxsus A-50 radiokəşfiyyat təyyarəsi və İl-22 bombardmançısını vurması barədə məlumatlar yayılmışdı.
Bəzi iddialara görə, isə təyyarə məhz Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən hədəf alınıb.