Fransa Prezidenti Emmanuel Makron işğalçılarla “təhlükəsizlik zəmanəti” barədə danışıqlar aparmaq və güzəştə getmək istəsə, Bordonu Rusiya lideri Vladimir Putinə verə bilər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, belə təkliflər ağılsızlıqdır:
“Kimsə üzr istəməli olduğumuzu və onlara Krım, Donetsk, Luqansk bölgələrini verməli olduğumuzu düşünürsə, bu, tam dəlilikdir. Üstəlik, terrorçularla necə danışdığınızı başa düşə bilmirəm. Təsəvvür edin, Bayden masa arxasında oturur və Üsamə bin Ladenlə zəmanətlə bağlı danışıqlara başlayır”.
O, Makrona müraciət edərək, onun Rusiyaya güzəştlər və Putinin reputasiyasının qorunması ilə bağlı təklifini şərh edib:
“Onunla (Putinlə – red.) bir şey haqqında danışmaq lazım olduğunu söyləyəndə, ona bəzi zəmanətlər verilməlidir deyəndə, yaxşı olar ki, ona Bordonu zəmanət kimi verəsiniz”.