Ukraynalı hərbçilər hələ də Donetsk vilayətinin Baxmut şəhərinin müəyyən hissəsinə nəzarət edirlər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.
“Əgər onlar (ruslar – red.) Baxmutu aldıqların hesab edirlərsə, deyə bilərəm ki, bu belə deyil. Bu gün Baxmutun bir hissəsi bizim nəzarətimizdədir. Hamısını deyə bilmərəm, amma Baxmutun bir hissəsi hələ də atəşimiz altındadır”, – deyə o bildirib.