Ukraynanın artıq Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirməklə bağlı problemi yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
O bildirib ki, Ukrayna ordusu təkcə Mariupolda deyil, həm də işğal edilmiş şəhərlərə zərbə endirə bilir:
“Bu gün məsafənin bizim üçün o qədər də əhəmiyyəti yoxdur. Ya 100 kilometr, ya 150 kilometr, ya da bir az daha çox”, – Danilov bildirib.