Bir müddət əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən kənarlaşdırılan Aleksey Danilov Moldovaya səfir təyin edilə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.
İddia edilir ki, Ukrayna Prezident Ofisində onun səfir kimi namizədliyi məsələsinə baxılır.
Hələlik sözügedən təyinatla bağlı hər hansı rəsmi açıqlama yoxdur.