Azərbaycan tanınmış müğənnisi Damlanın Ərdəbil və Tehran şəhərlərinə səfəri İran sosial media platformalarında mübahisələrə səbəb olub.
AzerTimes xəbər verir ki, paylaşımlarda Damlanın Ərdəbildəki şadlıq zallarından birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi əks olunub.
Belə ki, Damla hicabsız şəkildə zaldan küçəyə çıxır və qapı qarşısında Güney azərbaycanlılar ona “xoş gəldin” deyir, gül dəstələri verirlər.
Zalda Damla ilə yanaşı, bir çox ərdəbilli xanımların da hicabsız olmasına baxmayaraq, İran sosial media kanalları ancaq azərbaycanlı müğənnini hədəf alıb, onun hicabsızlığını İran qanunlarına hörmətsizlik kimi qələmə veriblər.
Paylaşımlarda Damlanın İran səfəri tənqid edilməklə yanaşı, bu kimi səfərlər İran mədəniyyətinə təhlükə olaraq dəyərləndirilib.
“İran azərbaycanlısı olan sənətçilər Azərbaycan Respublikasına, eləcə də Türkiyəyə təsir etməlidirlər. Ancaq əksinə, azərbaycanlılar İrana təsir göstərirlər və biz yatmışıq”.