Suriya paytaxtının müftisi avtomobili partladılaraq öldürüldü

Suriya paytaxtının müftisi avtomobili partladılaraq öldürüldü

Dəməşq müftisi Məhəmməd Adnan terror aktı nəticəsində öldürülüb.

Suriya paytaxtından 7 km uzaqlıqda yerləşən Qudsaya şəhərində M.Adnanın avtomobilinə quraşdırılan partlayıcı işə düşüb.

Adnanla yanaşı avtomobildə olan Uzlaşma Komitəsi rəhbəri Şeyx Adel də həyatını itirib.